Tiflisdə türk yazıçısı Turqut Özakmanın “Divarların o üzü” əsəri oynanılacaq - FOTO

Tiflisdə türk yazıçısı Turqut Özakmanın “Divarların o üzü” əsəri oynanılacaq - <span style="color: red;">FOTO
# 14 noyabr 2013 16:58 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. Gürcüstan paytaxtındakı Heydər Əliyev adına Tiflis Dövlət Dram Teatrında türk yazıçısı Turqut Özakmanın “Divarların o üzü” (Duvarların ötesi) adlı əsərinin tamaşası hazırlanır.

Tamaşanın quruluşçu rejissoru, Azərbaycanın əməkdar mədəniyyət işçisi Namiq Valehoğlu APA-ya açıqlamasında bu əsəri Azərbaycan və türk dillərində hazırlayacaqlarını bildirib: “. İstəyimiz odur ki, teatra Gürcüstanda yaşayan türkləri də cəlb edək. Düşünürəm ki, aramızda o qədər də dil fərqi olmadığı üçün bu əsəri türk dilində çox uğurla oynayacağıq. Biz yazıçının qələmə aldığı əsəri sırf ana dilində də səsləndirmək üçün aktyor kollektivimizin istedad və bacarığından səmərəli istifadə edəcəyik”.

N.Valehoğlu bildirib ki, indi Turqut Özakmanın “Divarların o üzü” əsərinin Azərbaycan dili variantı üzərində işləyirlər: “Çalışırıq ki, azərbaycanlı tamaşaçılarımız üçün Yeni il ərəfəsində bu əsəri oynayaq. Tamaşa ARDNŞ-ın Gürcüstan nümayəndəliyinin maliyyə dəstəyi ilə səhnəyə çıxarılacaq. Rollarda teatrın gənc aktyorlarından Fazil Bayramov, Aslan Məmmədov, Aysel Məmmədova, Azər Əliyev və Namiq Hacıyev oynayacaq. Bu əsərlə biz Dünya Azərbaycanlılarının Həmrəylik gününü də təbrik edəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR