Gəncədə yaşayış evində yanğın olub - VİDEO

Gəncədə yaşayış evində yanğın olub - <span style="color: red;">VİDEO
# 03 fevral 2014 14:57 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncənin Gülüstan qəsəbəsində yaşayış evində yanğın baş verib. Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, yanğın hadisəsi bu gün saat 16 radələrində qeydə alınıb. Vələt Məhərrəmova məxsus yaşayış evində baş verən yanğının qarşısı tez bir zamanda alınıb. İdarədən verilən məlumata hadisə yerinə 5 yanğınsöndürən avtomobil cəlb edilib. Alov evin 120 kvadratmetrlik çardaq hissəsini yandıraraq sıradan çıxarıb. Evin əşyaları alovdan xilas edilib. Yanğının baş vermə səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR