Böyük Britaniya Hüquqşünaslar Assosiasiyasının nümayəndələri Ombudsman Aparatında olub

Böyük Britaniya Hüquqşünaslar Assosiasiyasının nümayəndələri Ombudsman Aparatında olub
# 06 dekabr 2013 15:22 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatında Böyük Britaniyanın Beynəlxalq Hüquqşünaslar Assosiasiyasının insan hüquqları üzrə məsul əməkdaşı Nadia Hardman, Böyük Britaniyada vəkillik fəaliyyəti ilə məşğul olan Erik Metkalfe və Coanna Baklin ilə görüş keçirilib.

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşün məqsədi Ombudsman təsisatının fəaliyyəti ilə tanışlıqdan ibarət olub.

Aparatın Hüquqi maarifləndirmə, elmi-analitik, informasiya və beynəlxalq əlaqələr şöbəsinin müdiri Zaur Əliyev Ombudsman təsisatının yaranma tarixi, Müvəkkilin mandatı, əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsi üzrə çoxşaxəli fəaliyyəti barədə ətraflı məlumat verib.

Görüşdə həmçinin N.Hardman 1947-ci ildə yaradılan Beynəlxalq Hüquqşünaslar Assosiasiyasının fəaliyyəti barədə danışıb. O, səmimi qəbul və fikir mübadiləsi üçün təşəkkürünü bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR