Azərbaycan Ordusunun əsgəri özünü güllələyib

Azərbaycan Ordusunun əsgəri özünü güllələyib
# 14 noyabr 2013 07:07 (UTC +04:00)

APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. Həmin hərbi hissənin əsgəri, 19 yaşlı Şahmərdanov Müseyib Şahin oğlu tabeliyindəki avtomat silahla özünü vurub. Nəticədə güllə yarası alan əsgər ağır vəziyyətdə hospitala yerləşdirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.

Qeyd edək ki, M. Şahmərdanov Zaqatala rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR