MDB Baş Qərargah Rəisləri Komitəsinin Bakıda keçiriləcək iclasının gündəliyi açıqlanıb

MDB Baş Qərargah Rəisləri Komitəsinin Bakıda keçiriləcək iclasının gündəliyi açıqlanıb
# 07 aprel 2014 14:27 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. MDB Baş Qərargah Rəisləri Komitəsinin aprelin 8-də Bakıda keçiriləcək iclasının gündəliyi açıqlanıb. APA-nın Rusiya Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovun rəhbərliyi altında keçiriləcək iclasda MDB dövlətləri arasında hərbi əməkdaşlığın inkişafına konseptual yanaşmalara baxılacaq, 2015-2020-ci illəri əhatə edən birgə tədbirlər müzakirə olunacaq.

İclasın gedişində hərbi təyinatlı sistemlərin birgə yaradılması və təkmilləşdirilməsi ilə bağlı məsələlərin müzakirəsi planlaşdırılır. Bununla yanaşı, “Birgə dövlət radiolokasiya tanıtma sisteminin inkişaf Konsepsiyası”nın layihəsini nəzərdən keçirəcək, “Silahlı qüvvələrin mühəndis qoşunlarının hərbi qulluqçularının statusu haqqında Razılaşma”, humanitar minatəmizləmə məsələləri, “Birlik dövlətlərin silahlı qüvvələrinin maraqlarına uyğun olaraq geoməkan məlumatların mübadiləsi barədə Saziş”in layihəsinə baxılacaq.

İclasda MDB dövlətlərin Silahlı Qüvvələrinin hərbiçilərinin səhra hazırlığı (hava, dəniz) üzrə müsabiqələrin hazırlığı və təşkili ilə bağlı məsələlər də müzakirəyə çıxarılacaq.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR