Təhsil naziri Gəncə Dövlət Universitetinin yeni rektorunu kollektivə təqdim edib

Təhsil naziri Gəncə Dövlət Universitetinin yeni rektorunu kollektivə təqdim edib
# 11 mart 2014 10:32 (UTC +04:00)

APA-nın qərb bürosunun verdiyi məlumata görə, universitet kollektivi ilə görüşən nazir ölkə rəhbərinin sərəncamına uyğun olaraq rektor təyin edilən Yusif Yusibovu təqdim edib, ona yeni fəaliyyətində uğurlar arzulayıb.

Yeni rektor bu təyinatı ilə bağlı böyük məsuliyyət hissi keçirdiyini və göstərilən etimada layiq olacağını bildirib.

Qeyd edək ki, Y. Yusibov bundan əvvəl universitetdə elmi işlər üzrə prorektor vəzifəsini icra edib.

Bu gün təhsil naziri bölgəyə səfəri çərçivəsində Goranboy şəhərində bir sıra rayonlardan olan vətəndaşları da qəbul edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR