Azərbaycanın mədəniyyət və turizm naziri Avropa Yəhudi İttifaqının sədrini qəbul edib - FOTO

Azərbaycanın mədəniyyət və turizm naziri Avropa Yəhudi İttifaqının sədrini qəbul edib - <span style="color: red;">FOTO
# 09 sentyabr 2013 13:40 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Sentyabrın 9-da Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Avropa Yəhudi İttifaqının sədri Tomer Orninin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

APA-nın məlumatına görə, görüşdə “Jews news” telekanalının sahibi Oleq Rabinoviç, kanalın yayım üzrə direktoru Piter Dikenson da iştirak edib.

Ə.Qarayev bildirib ki, Mədəniyyət və Turizm Nazirliyi beynəlxalq yəhudi təşkilatları ilə işgüzar münasibətlər mühüm önəm verir. Ölkəmizdə yaşayan yəhudi icmasından söz açan nazir qeyd edib ki, icma Azərbaycan cəmiyyətinin bərabərhüquqlu üzvü kimi tolerantlıq və sülh şəraitində yaşayır, ölkənin sosial-iqtisadi və mədəni həyatında aktiv iştirak edir, müxtəlif mədəniyyət tədbirlərinə, festivallara qatılır. Qəbələ Beynəlxalq Musiqi Festivalında yəhudi əsilli həmvətənlərimizin və İsraildən olan musiqiçilərin yaxından iştirak etdiyini deyən nazir bu əməkdaşlıqdan məmnun olduğunu vurğulayıb.

Nazir vurğulayıb ki, musiqi sahəsində ölkəmizin İsraillə geniş əlaqələri var: “Hələ ötən əsrin 20-ci illərində Azərbaycan Dövlət Konservatoriyası yaradılarkən bu təhsil ocağına dəvət olunan müəllim heyətinin əksəriyyəti yəhudi əsilli musiqiçilər olub. Onlar Azərbaycan musiqisinə, musiqi mədəniyyətinə böyük töhfələr veriblər. Bu gün də ənənəvi əməkdaşlıq uğurla davam etdirilir”.

Avropa Yəhudi İttifaqının sədri Tomer Orni Azərbaycana ilk dəfə gəldiyini, səfər çərçivəsində Qubaya, yəhudilərin yaşadığı Qırmızı Qəsəbəyə də baş çəkəcəklərini diqqətə çatdırıb. O, Azərbaycandakı yəhudi icmasının sosial-iqtisadi vəziyyətlərindən razı qaldıqlarını, burada bütün xalqların dinc və əmin-amanlıq şəraitində yaşadıqlarını qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR