Tələbələrə 500 manatlıq «Albalı» kartı veriləcək

Tələbələrə 500 manatlıq «Albalı» kartı veriləcək
# 13 noyabr 2013 12:30 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda artıq hər bir tələbə yalnız tələbə biletini təqdim etməklə, «Unibank»dan 500 manatlıq «Albalı» kartı ala bilər.

Bankdan «APA-Economics»ə verilən məlumata görə, dekabrın 15-dək «Albalı» kartı alan tələbələr isə üstəlik «28 Cinema»ya bilet hədiyyə edilir. Belə ki, bu tarixədək «28 Cinema»dan günorta seansına alınan, qiyməti 8 manatadək olan biletin dəyəri tələbənin «Albalı» kartına qaytarılır.

Qeyd edək ki, «Albalı» kartını bankın istənilən filialından pulsuz almaq mümkündür. İki il müddəti olan bu kartın maksimal limiti 3 000 manatdır. Kartdan müəyyən limit çərçivəsində nağdlaşdırma da aparmaq mümkündür. «Albalı» kartı ilə bağlı bütün məlumatları www.albali.az internet saytından, «Unibank»ın «Facebook» səhifəsindən (www.facebook.com/albalikart) və ya 117 nömrəsindən öyrənmək mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR