Ukraynada məhkəmə tanınmış jurnalistin işi ilə bağlı daha bir həbs qərarı çıxarıb - FOTO

Ukraynada məhkəmə tanınmış jurnalistin işi ilə bağlı daha bir həbs qərarı çıxarıb - <span style="color: red;">FOTO
# 28 dekabr 2013 15:35 (UTC +04:00)

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, dekabrın 27-də saxlanılan Dneprodzerjinsk şəhərinin sakini mühafizə strukturunda çalışır. O, “Porsche Cayenne” avtomobili satın almaq üçün Kiyevə gəldiyini bildirib və ifadəsində Tatyana Çornovolun döyülməsində şəxsən iştirak etdiyini etiraf edib.

Xatırladaq ki, çərşənbə gecəsi tanınmış jurnalist Tatyana Çornovol öz avtomobilində hərəkət edərkən Borispoldan Kiyevə qədər onu təqib edən şəxslər tərəfindən döyülüb. Hüquq-mühafizə orqanları əvvəl “xuliqanlıq”, sonra isə daha sərt cəza nəzərdə tutan “ağır bədən xəsarəti yetirilməsi” maddələri ilə cinayət işinə başlayıb.

İstintaq araşdırmaları nəticəsində beş nəfər saxlanılıb. Həbs edilənlərin arasında “Porsche Cayenne” avtomobilinin sahibi Aleksandr Xramtsov da var. Eyni zamanda, axtarışda olan Sergey Kotenko həbs edilib. O, avtomobili satmaq istədiyini, döyülmə faktında isə onun tanımadığı müştərilərin əli olduğunu bildirib.

Bundan başqa, Sergey Kotenkonun böyük qardaşı Aleksandr və Andrey Nasikovski də saxlanılıb. S. Kotenko hadisədən sonra məhz A. Nasikovskinin evində gecələyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR