Səməd Seyidov İsrailin baş naziri və Knessetin sədri ilə görüşlər keçirib - FOTO

Səməd Seyidov İsrailin baş naziri və Knessetin sədri ilə görüşlər keçirib - <span style="color: red;">FOTO
# 14 noyabr 2013 08:21 (UTC +04:00)

İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasından (“Azİz”) APA-ya verilən məlumata görə, S. Seyidov noyabrın 13-də “Azİz”in baş direktoru Lev Spivak və qurumun İdarə Heyətinin üzvü İlana Laytmanla birlikdə Knessetin qonağı olub.

S. Seyidov ilk olaraq ultra dini ŞAS Partiyasının deputatı, İsrail-Azərbaycan parlamentlərarası dostluq komissiyasının sədri Amnon Koen ilə görüşüb. Tərəflər parlamentlərarası əlaqələrin inkişafını müzakirə edərək qarşılıqlı səfərlərin təşkili haqda razılığa gəliblər. Görüşdən sonra A. Koen S. Seyidovu Knessetin sədri, Likud Partiyasının üzvü Yuli Edelşteynin otağına qədər şəxsən özü müşayiət edib. Y. Edelşteyn həmkarı, Milli Məclisin sədri Oqtay Əsədova ən xoş arzularını, eləcə də prezident İlham Əliyevə yenidən bu posta seçilməsi münasibətilə təbriklərini çatdırmasını S. Seyidovdan xahiş edib. Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində birgə əməkdaşlıq məsələləri müzakirə olunub.

Daha sonra S. Seyidov baş nazir Benyamin Netanhayu ilə görüşüb. B. Netanhayu bildirib ki, bu səfər bir daha İsrail-Azərbaycan əlaqələrinin düzgün istiqamətdə inkişaf etdiyini göstərir. O, ümid etdiyini bildirib ki, hər iki tərəf ikitərəfli münasibətlərin inkişafı və qarşılıqlı faydalı olması üçün əlindən gələni edəcək.

Görüşlərdən sonra S. Seyidov Knessetin binasını gəzib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR