Azərbaycanda “Elektron hökumət” portalı vasitəsilə göndəriləcək sorğuların maksimum həcmi müəyyənləşdirilib

Azərbaycanda “Elektron hökumət” portalı vasitəsilə göndəriləcək sorğuların maksimum həcmi müəyyənləşdirilib
# 14 may 2014 11:10 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Dövlət qurumlarının “Elektron hökumət” portalına qoşulmuş informasiya sistemləri SOAP (Simple Object Access Protocol) vasitəsilə sorğularla işləmə imkanına malik olmalıdır.

APA-nın verdiyi məlumata görə, bu, Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş “İnformasiya sistemlərinin və ehtiyatlarının, elektron xidmətlərin “Elektron hökumət” portalına qoşulması üçün Texniki Tələblər”də əksini tapıb.

Sorğuların həcmi 10 KBt-dan artıq olmamalıdır. Sorğunun sistemdən cavablandırılma vaxtı verilənlər bazasında xidmətin emalına və şəbəkə ilə məlumatların ötürülməsinə sərf edilmiş vaxt nəzərə alınmadan 2 (iki) saniyədən artıq olmamalıdır. Təhlükəsizlik serveri saniyədə 60 sorğunun emalını təmin etməlidir. Məlumatların ötürülməsində 1qiqabit/saniyədən az olmayan ötürmə sürətini dəstəkləyən L2 və daha yüksək səviyyəli şəbəkə avadanlığı istifadə edilməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR