Vüsalə Mahirqızı: “Çox təəssüf ki, sosial şəbəkələr bizdə daha çox mənbə yox, birbaşa informasiyanın əsas məğzi rolunu oynayır” - FOTO

Vüsalə Mahirqızı: “Çox təəssüf ki, sosial şəbəkələr bizdə daha çox mənbə yox, birbaşa informasiyanın əsas məğzi rolunu oynayır” - <span style="color: red;">FOTO
# 27 may 2014 11:05 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu bu gün Mətbuat Şurasının “Yeni media və yeni çağırışlar” mövzusunda keçirdiyi konfransda “Sosial mediadan informasiya əldə edilməsi və informasiyaların yayılmasında effektiv istifadə qaydaları” panelinin moderatoru, “APA Holding”in prezidenti Vüsalə Mahirqızı deyib.

V.Mahirqızı bildirib ki, bu gün Azərbaycan ictimaiyyətini ən çox narahat edən, həm də maraqlandıran mövzulardan biri də sosial mediadan informasiya əldə edilməsidir: “Çünki bizdə olan xəbər resurslarının böyük əksəriyyəti üçün əsas mənbə sosial şəbəkələrdir. Amma çox təəssüf ki, sosial şəbəkələr bizdə daha çox mənbə rolunu yox, birbaşa informasiyanın əsas məğzi rolunu oynayır. İnformasiya sosial şəbəkələrdən alınır, heç bir dəqiqləşdirmə aparılmadan, qarşı tərəfin mövqeyi öyrənilmədən xəbər resurslarına yerləşdirilir. Bu mərhələdən sonra artıq o informasiyaya rəsmilik donu geyindirilir. Xəbər resursu ilə sosial şəbəkədə kiminsə şəxsi statusu və yaxud sosial şəbəkədə yaradılmış səhifənin tamamilə fərqli məsuliyyətləri var. Özünü normal xəbər resursu hesab edən qurum oxucusu qarşısında məsuliyyətli olmalıdır”.

APA Holding”in prezidenti əlavə edib ki, xəbər saytı və xəbər portalı ayrı-ayrı anlayışlarıdır: “Xəbər portalı kifayət qədər çoxşaxəli olmalı, bir saytın içərisində müxtəlif mövzuları, sahələri əhatə edən bir neçə saytı birləşdirməlidir. Bu gün Azərbaycanda xəbər portalı strukturuna az-çox uyğun olan “day.az” portalıdır. “APA Holding”ə daxil olan saytlar da daxil olmaqla Azərbaycanda belə bir struktur yoxdur”.

V.Mahirqızı Azərbaycanda informasiya əldə etməyin çətin olduğunu da vurğulayıb: “Bu reallıqdır ki, bu gün informasiya əldə etməyin çətinlikləri qalmaqdadır. Doğrudur, internetin bu qədər sürətlə inkişaf etməsi bizə kifayət qədər kömək olur. Çünki artıq bir çox dövlət qurumları qəbul edir ki, informasiyanı gecikdirmək, saxlamaq mümkün deyil. Bu ancaq onların ziyanına işləyir. Mən bunu müsbət tendensiya kimi qəbul edirəm. Amma ümumi olaraq informasiya əldə etmək sahəsində hələ də müəyyən problemlərlə üzləşirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR