Lavrov: Ekstremistlər Suriyada kimyəvi silahın ləğv edilməsinə maneçilik törədə bilər

Lavrov: Ekstremistlər Suriyada kimyəvi silahın ləğv edilməsinə maneçilik törədə bilər
# 09 oktyabr 2013 01:48 (UTC +04:00)

Bakı-APA. Rusiya XİN rəhbəri Sergey Lavrov Suriyada radikal ekstremistlərin kimyəvi silahın ləğv edilməsinə maneçilik törədə biləcəyindən ehtiyatlanır. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Sergey Lavrov ingilis dilində yayımlanan RT telekanalına müsahibəsində deyib.

Rusiya XİN rəhbəri avqustun 21-də baş vermiş insidenti xatırladıb. ABŞ kəşfiyyatının məlumatına görə, həmin gün hökumət qoşunlarının istifadə etdiyi kimyəvi silah 1400-dən çox insanın həyatına son qoyub. Suriya hakimiyyəti kimyəvi silahdan istifadə etmədiyini bəyan edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR