İcbari Sığorta Bürosu tərəfindən növbəti kompensasiya ödənilib

İcbari Sığorta Bürosu tərəfindən növbəti kompensasiya ödənilib
# 02 iyun 2014 08:32 (UTC +04:00)

Bakı – APA-Economics. İcbari Sığorta Bürosu tərəfindən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 32, 33-cü maddələrinə əsasən vətəndaşa növbəti kompensasiya ödəyib.

Bürodan “APA-Economics”ə verilən məlumata görə, ödəniş 11 yanvar 2014-cü il tarixdə Bakı şəhərinin Binəqədi rayonu ərazisində naməlum nəqliyyat vasitəsi tərəfindən törədilmiş yol-nəqliyyat hadisəsi ilə bağlı edilib. Belə ki, hadisə nəticəsində aldığı ağır bədən xəsarətləri ilə əlaqədar vətəndaşa 1 500 manat məbləğində kompensasiya ödənişi poçt vasitəsi ilə 30 may 2014-cü il tarixində köçürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR