Nyu-Yorkda qar fırtınası səbəbindən bir sıra dövlət və özəl qurumları işini dayandırıb

Nyu-Yorkda qar fırtınası səbəbindən bir sıra dövlət və özəl qurumları işini dayandırıb
# 22 yanvar 2014 03:47 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın şərq hissəsində tüğyan edən qar fırtınası Nyu-Yorkda bir sıra dövlət və özəl qurumlarını işini vaxtından əvvəl dayandırmağa məcbur edib. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, müvafiq qərar idarə və şirkət rəhbərləri tərəfindən verilib.

Qar boranı Nyu-Yorkun mərkəzi – Manhettendə güclü tıxaclara səbəb olub. Kommunal xidmətlər şəhərin əsas yollarında belə qarı təmizləməyə ciddi çətinlik çəkir. Yol-nəqliyyat hadisələrinin sayının kəskin artığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR