Azərbaycanda dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışma müddətinin 5 ildən artıq uzadılmasına meyarlarda dəyişikliklər edib

Azərbaycanda dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışma müddətinin 5 ildən artıq uzadılmasına meyarlarda dəyişikliklər edib
# 07 sentyabr 2013 08:39 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Nazirlər Kabineti "Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə çatmış işçinin çalışma müddətinin 5 ildən artıq uzadılmasına yol verən elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında xüsusi xidmətlərin meyarları"nda dəyişikliklər edib. Bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib.

Dəyişikliyə əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışan, 1991-ci il oktyabrın 18-dək orden və medallarla təltif edilmiş şəxslərin yaş həddinə çatdıqdan sonra çalışma müddətinin 5 ildən artıq uzadılmasına icazə verilir.

Qeyd edək ki, "Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə çatmış işçinin çalışma müddətinin 5 ildən artıq uzadılmasına yol verən elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında xüsusi xidmətlərin meyarları" 2011-ci ilin oktyabr ayında qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR