Amerika və Avropanın fond bazarlarında əsas indekslər azalıb

Amerika və Avropanın fond bazarlarında əsas indekslər azalıb
# 20 iyun 2013 08:05 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. İyunun 19-da Amerika fond bazarında Dow Jones indeksi 1,35% - 15 112 bəndədək, S&P 500 1,39% - 1 628,93 bəndədək, Nasdaq 1,12% - 3 443,20 bəndədək azalıb.

«APA-Economics»in məlumatına görə, Avropa fond bazarlarında iyunun 19-da FTSE 100 indeksi 0,4% - 6 348,82 bəndədək, Almaniya DAX-ı 0,39% - 8 197,08 bəndədək azalıb, Fransa CAC-40-ı isə 0,55% - 3 839,34 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 2,31% azalaraq 1 342,3 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3252 (-0,32%) dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR