Azərbaycan prezidenti Bakıda yeni park kompleksinin açılışında iştirak edib

Azərbaycan prezidenti Bakıda yeni park kompleksinin açılışında iştirak edib
# 10 may 2013 11:00 (UTC +04:00)

APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri açılış mərasimində iştirak ediblər.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov dövlət başçısının diqqətinə çatdırıb ki, yeni salınan bu kompleks şəhərin içərisində ən böyük parkdır. 7 hektar ərazisi olan parkın 29 min kvadratmetrlik sahəsinə qranit plitə döşənib. Park kompleksinin 6 min kvadratmetrlik sahəsinə asfalt örtük salınıb. Kompleksin 35 min kvadratmetrlik ərazisi yaşıllaşdırılıb.

Parkda ən müasir tələblərə cavab verən 5 fəvvarə inşa olunub. Prezident İlham Əliyev parkda yaradılmış şəraitdən razılığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR