Bakıda oğurluq edən şəxslər yaxalanıb

Bakıda oğurluq edən şəxslər yaxalanıb
# 29 mart 2014 08:21 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakıda bir neçə oğurluq hadisəsi törədən şəxslər tutulub. Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin, Xəzər Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin, 1-ci, 2-ci Polis Bölmələrinin və Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində paytaxtın Xəzər rayonu ərazisində mağaza və şirkətlərdən oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Çingiz Həsənov və Məhərrəmağa Ağayev tutulub.

Müəyyən edilib ki, onlar fevralın 9-na keçən gecə Binə qəsəbəsi, “Südçülük sovxozu”nda yerləşən “Vois MMC”yə məxsus Pay Point aparatını sındıraraq oğurluğa cəhd ediblər. Fevralın 22-nə keçən gecə Binə qəsəbəsi “Donuzçuluq sovxozu”nda Sərdar Ağayevə məxsus mağazadan qapını sındırmaq yolu ilə tütün məmulatları, martın 5-də Binə qəsəbə sakini Vəliyəddin Həsənova məxsus mağazanın kassasından 100 manat, mağazada olan Pair Point aparatını sındıraraq içərisində pul olan qutunu, martın 17-nə keçən gecə Buzovna qəsəbəsində Nicat Ağayevə məxsus mağazadan «Mooleniz» MMC-yə məxsus “E” manat ödəniş terminalını, martın 19-da Binə qəsəbə sakini Azad Əhmədzadəyə məxsus marketdən «Mooleniz» MMC-yə məxsus Pay Point aparatı sındıraraq 2000 manat, martın 1-nə keçən gecə, Hövsan “Südçülük sovxozu”nda Zaur Dadaşova məxsus mağazadan pul, ərzaq və geyim əşyaları, martın 9-na keçən gecə “Südçülük sovxozu”nda Fazil Kərimova məxsus mağazadan 15 manat və tütün məmulatları, martın 9-da Binə qəsəbəsində Qara Abbasova məxsus mağazadan pul, tütün məmulatları və Vois şirkətinə məxsus “E” manat ödəniş terminalını oğurlayıblar.

Oğurluqda şübhəli bilinən digər şəxslərin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR