Azərbaycanda statistika ilə bağlı məlumatların toplanması zamanı qayda pozuntusuna görə cəzalar sərtləşdirilir

Azərbaycanda statistika ilə bağlı məlumatların toplanması zamanı qayda pozuntusuna görə cəzalar sərtləşdirilir
# 19 iyun 2014 12:01 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycanda statistika müşahidələri ilə bağlı məlumatların verilməməsinə, təhrif edilməsinə görə cəzalar sərtləşdirilir.

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 190-cı maddəsinə dəyişiklik təklif edilir.

Dəyişikliyə əsasən, statistika müşahidələrinin keçirilməsi üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə 300 manatdan 700 manata qədər cərimələr tətbiq ediləcək.

Hazırda bu rəqəm 35 manatdan 50 manata qədərdir.

Layihə iyunun 20-də Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR