Azərbaycan sahibkarları «Promotürk-2014» sərgisinə dəvət olunur

Azərbaycan sahibkarları «Promotürk-2014» sərgisinə dəvət olunur
# 13 mart 2014 14:41 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Gələn ay Türkiyədə «Promotürk-2014» XXIX beynəlxalq korporativ təşviqat məhsulları sərgisi keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) «APA-Economics»ə verilən məlumata görə, sərgi aprelin 4-də İstanbul şəhərində baş tutacaq.

Sərgidə iştirak edəcək qonaq şirkət və təşkilatların nümayəndələri üçün nahar və yerləşmə xərcləri təşkilatçı tərəfdən ödəniləcək. Azərbaycanda fəaliyyət göstərən sahibkarlar da sərgidə iştiraka dəvət olunur.

Sərgidə iştirak və ya şirkətini təmsil etmək istəyənlər Azpromo-ya müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR