Dow Jones indeksi 0,1% enib, S&P 500 0,01%, Nasdaq 0,2% yüksəlib

Dow Jones indeksi 0,1% enib, S&P 500 0,01%, Nasdaq 0,2% yüksəlib
# 22 oktyabr 2013 06:58 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Oktyabrın 21-də Amerika fond bazarında Dow Jones indeksi 0,1% - 15 392 bəndədək enib, S&P 500 0,01% - 1 745 bəndədək, Nasdaq 0,2% - 3 920 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında indekslərin dinamikasına daşınmaz əmlak bazarı üzrə statistika və korporativ hesabatlar təsir edib. Belə ki, evlərin təkrar bazarında əqdlərin sayı sentyabr ayında aylıq müqayisədə 1,9% azalaraq 5,29 mln. təşkil edib. Eyni zamanda, «McDonalds» və «Halliburton» şirkətlərinin mənfəətinin artması barədə rüblük hesabatlar bazar iştirakçıları tərəfindən müsbət qarşılanıb.

Avropa fond bazarlarında oktyabrın 21-də FTSE 100 indeksi 0,5% - 6 654 bəndədək, Almaniya DAX-ı 0,02% - 8 867 bəndədək yüksəlib, Fransa CAC-40-ı isə 0,2% - 4 277 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,4% azalaraq 1 313,90 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3665 dollar (-0,1%) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR