Goranboy və Tovuzda yanğın hadisəsi qeydə alınıb

Goranboy və Tovuzda yanğın hadisəsi qeydə alınıb
# 29 noyabr 2013 04:01 (UTC +04:00)

Bakı-APA. Respublika ərazisində ötən gecə bir neçə yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Goranboy rayonu, Qarqucaq kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 4 ton ot bağlamasının 1 tonu yanıb. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

Bundan başqa, Tovuz rayonu, Aşağı Mülkülü kəndində (rayon mərkəzindən 9 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 15 ton ot bağlamasının 8 tonu yanıb. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

Bütün hallarda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR