Goranboyda sahibkarların maarifləndirilməsi üçün treninq keçirilib

Goranboyda sahibkarların maarifləndirilməsi üçün treninq keçirilib
# 16 noyabr 2013 11:46 (UTC +04:00)

Bakı – APA-Economics. Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin təşkilatçılığı, Goranboy rayon İcra Hakimiyyətinin dəstəyi ilə Goranboyda məcburi köçkün sahibkarlar üçün «Ekoloji təmiz kənd təsərrüfatının inkişafı», «Biznes ideyanı yarat, öz biznesinə başla və təkmilləşdir» və «İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər» mövzularında treninq keçirilib.

«APA-Economics»in məlumatına görə, tədbirdə «Ekoloji təmiz kənd təsərrüfatının inkişafı» mövzusunda təqdimat keçirilib, ekoloji təmiz kənd təsərrüfatının ümumi prinsipləri, ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsal edən müəssisələrin təşkili və s. barədə ətraflı məlumatlar verilib.

Treninqdə həmçinin, biznes-ideyanın yaradılması, biznes-planların tərtib edilməsi, SWOT təhlilin aparılması və bu sahədə beynəlxalq təcrübə, maliyyə planlarının hazırlanması, innovativ texnologiyaların tətbiqi, yeni məhsul istehsalının və xidmətlərin göstərilməsinin təşkili, peşə hazırlığı səviyyəsinin yüksəldilməsi barədə ətraflı məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.

Bununla yanaşı, tədbir iştirakçıları İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları və onlardan istifadə qaydaları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, o cümlədən, «İnvestisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi» və s. barədə məlumatlandırılıb.

Treninqdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb, onlara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR