Azərbaycan Respublikasının 2014-cü il üçün dövlət büdcə zərfi Milli Məclisdə noyabrın 12-də müzakirəyə çıxarılacaq

Azərbaycan Respublikasının 2014-cü il üçün dövlət büdcə zərfi Milli Məclisdə noyabrın 12-də müzakirəyə çıxarılacaq
# 21 oktyabr 2013 11:42 (UTC +04:00)

Parlamentdən “APA-Economics”ə verilən məlumata görə, büdcə zərfinin noyabrın 4-də İqtisadi siyasət komitəsinin iclasında, noyabrın 12-də isə plenar iclasda müzakirəyə çıxarılması planlaşdırılır.

Büdcə zərfinə, “Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında”, “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2014-cü il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2014-cü il üçün yaşayış minimumu haqqında və “Azərbaycan Respublikasında 2014-cü il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələri daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR