Dünya bazarında neft bahalaşıb

Dünya bazarında neft bahalaşıb
# 22 may 2014 06:57 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin dəyəri 1,74 dollar artaraq 1 barelə görə 104,07 dollar təşkil edib.

APA-Economics”in məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,86 dollar artaraq 110,55 dollar olub.

Neftin bahalaşmasına Liviyada baş verən hadisələr və ABŞ-da neft ehtiyatlarının gözlənilmədən azalması barədə xəbərlər səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR