Yazıçılar Birliyinin üzvləri 14 min manat üzvlük haqqını ödəməyib

Yazıçılar Birliyinin üzvləri 14 min manat üzvlük haqqını ödəməyib
# 17 iyun 2014 09:38 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvləri indiyədək ümumilikdə 14 min manat üzvlük haqqını ödəməyib.

APA-nın məlumatına görə, bunu AYB-nin XII qurultayında Təftiş Komissiyasının sədri, professor Qəzənfər Paşayev deyib.

Onun sözlərinə görə, birliyin əsas gəlirləri “Bayatı” kitab mağazası və ədəbi orqanlardandır: “Sirr deyil ki, bu gün ədəbi jurnallardan və qəzetlərdən ciddi mənada gəlir götürülmür. Ona görə də səmimi desəm, bizim - komissiya üzvlərinin və mənim fəaliyyətim o qədər də geniş olmadı”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR