Azərbaycan əhalisi istehlak xərclərini artırıb

Azərbaycan əhalisi istehlak xərclərini artırıb
# 29 noyabr 2013 13:06 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsindən hər bir istehlakçı orta hesabla ayda 167,6 manatlıq və ya 2012-ci ilin eyni dövrü ilə müqayisədə 10,3% çox əmtəə alıb.

«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əmtəə dövriyyəsinin ümumi həcmində qeyri-ərzaq mallarının xüsusi çəkisi artaraq 2012-ci ilin eyni dövrü ilə müqayisədə 4 faiz bəndi artaraq 48,2%-ə yüksəlib.

Pərakəndə şəbəkədə satılmış qeyri-ərzaq mallarının həcmi 21,2% artaraq 7 537,2 mln. manata çatıb, əmtəə dövriyyəsi üzrə real artımın 92,3%-i qeyri-ərzaq mallarının satışı hesabına təmin edilib.

Pərakəndə əmtəə dövriyyəsinin ümumi həcmində ərzaq mallarının payı 51,8% təşkil edərək 8 094,2 mln. manata bərabər olub və əvvəlki ilin eyni dövrünün səviyyəsini 1,4% üstələyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR