Fransa polisi silah qaçaqmalçılığı ilə məşğul olan dəstə üzvlərini yaxalayıb

Fransa polisi silah qaçaqmalçılığı ilə məşğul olan dəstə üzvlərini yaxalayıb
# 02 dekabr 2013 15:16 (UTC +04:00)

Bakı – APA. Fransa polisi silah qaçaqmalçılığı ilə məşğul olan 45 nəfərdən ibarət dəstə üzvlərini yaxalayıb. APA-nın “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, qrup 2009-cu ildən silah qaçaqmalçılığı ilə məşğul olub və bu müddətdə Balkan ölkələrindən və Slovakiyadan Fransaya bir neçə yüz ədəd silah, eləcə də silahların ayrı-ayrı detallarını və patronlar gətiriblər.

Qaçaqmalçılara qarşı keçirilən əməliyyatda 300 polis iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR