TQDK: Sınaq imtahanının nəticələri yaxın günlərdə elan ediləcək

TQDK: Sınaq imtahanının nəticələri yaxın günlərdə elan ediləcək
# 07 aprel 2014 09:19 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) aprelin 6-da qəbul imtahanlarına hazırlaşan abituriyentlər üçün sınaq imtahanı keçirib. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, imtahan Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Qazax, Tovuz, Mingəçevir, Yevlax, Şəki, Zaqatala, Ağcabədi, Tərtər, Göyçay, Kürdəmir, İsmayıllı, İmişli, Şirvan, Salyan, Lənkəran, Cəlilabad, Xaçmaz və Qubada ümumilikdə 62 binada təşkil olunub. İmtahan prosesinin idarə olunması üçün Komissiyada operativ qərargah fəaliyyət göstərib və imtahan prosesi nəzarətdə saxlanılıb.

Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib. İlkin statistik məlumatlara əsasən, imtahanda 49000-dən artıq abituriyent iştirak edib. Hazırda Komissiyada imtahan protokollarının və cavab kartlarının emal prosesi aparılır. Nəticələrin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR