İranın birinci vitse-prezidenti ilə Türkiyənin xarici işlər naziri arasında görüş keçirilib - FOTO

İranın birinci vitse-prezidenti ilə Türkiyənin xarici işlər naziri arasında görüş keçirilib - <span style="color: red;">FOTO
# 27 noyabr 2013 14:16 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranın birinci vitse-prezidenti İshaq Cahangiri ilə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu arasında görüş keçirilib.

APA-nın İran mətbuatına istinadən məlumatına görə, İ.Cahangiri Cenevrə razılaşmasının iri ölkəninin ticarət əlaqələrindəki çatışmazlıqları doldura biləcəyinə inandığını bildirib: “İran və Türkiyə münasibətləri möhkəmləndirmək və ticarət əlaqələrini genişləndirmək üçün kifayət qədər geniş potensiallara malikdir. İran prezidenti və digər yüksək səviyyəli dövlət rəsmiləri də iki ölkə arasındakı münasibətlərin möhkəmləndirilməsində israrlıdırlar”.

Vitse-prezident həmçinin İranla Türkiyə arasındakı ticarət əlaqələrinin yüksələn xətt üzrə inkişaf etdiyini də deyib: “2012-ci ildə iki ölkə arasındakı ticarət mübadiləsinin həcmi 22 milyard dollar olub. Təəssüf ki, iki ölkə arasındakı ticarət mübadiləsinin həcmi 2013-cü ildə azalıb. Ancaq bununla belə, bu rəqəm 2015-ci ilədək 30 milyard dollara çatdırılmalıdır. İki ölkə arasında əlaqələri daha da inkişaf etdirmək üçün bir çox sahələr mövcuddur. Qarşıya qoyulmuş məqsədə çatmaq üçün tərəflər neft, qaz, sənaye və ticarət sahəsində əlaqələri inkişaf etdirə bilərlər”.

Eyni zamanda İ.Cahangiri İpək Yolunu Avropa ilə Asiya arasında mühüm bir rabitə yolu adlandırıb: “İranla Türkiyə malik olduqları strateji mövqeyi nəzərə alaraq bu tarixi yolu yenidən bərpa etməklə nəqliyyat və yüklərin daşınmasının asanlaşdırılması istiqamətində mühüm addım atırlar”.

Ə.Davudoğlu isə öz növbəsində İranı nüvə razılaşmasına görə təbrik edib: “Türkiyə həmişə bütün beynəlxalq qurum və təşkilatlarda İran xalqının nüvə enerjisindən dinc məqsədlər üçün istifadə haqqını müdafiə edib. İranın müvəffəqiyyəti və qələbəsi Türkiyənin uğurudur. İqtisadiyyat sahəsində də İran və Türkiyə bir-birinin tamamlayıcısıdır. İki ölkə əl-ələ verərək mövcud potensiallardan istifadə etməli və yeni bir iqtisadi proqramın hazırlanması yolu ilə regionda gücə çevrilmək yolunda addımlamalıdır”.

Nazir həmçinin iki ölkə arasında ticarət, nəqliyyat, yüklərin daşınması, tranzit, enerji və digər sahələrdə əməkdaşlıqların genişləndirilməsini vacib sayıb: “İran və Türkiyə əməkdaşlıq yolu ilə birgə irihəcmli layihələr həyata keçirə bilərlər. Türkiyə iki ölkə arasındakı ticarət mübadiləsinin həcmini qısa müddətdə 30 milyard dollara çatdırmaq niyyətindədir. 2020-ci ilədək isə bu rəqəmi 100 milyard dollara çatdırmağı qarşımıza məqsəd kimi qoymuşuq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR