“PAŞA Bank”ın Gürcüstan nümayəndəliyinin rəhbəri dəyişib

“PAŞA Bank”ın Gürcüstan nümayəndəliyinin rəhbəri dəyişib
# 11 iyun 2014 14:13 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. “PAŞA Bank Georgia”nın Müşahidə Şurasının qərarı ilə Bankın Direktorlar Şurasının yeni sədri təyin olunub.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, bu vəzifəyə əvvəllər “PAŞA Bank”ın İdarə Heyətinin üzvü və Baş Maliyyə İnzibatçısı vəzifəsini tutmuş Şahin Məmmədov təyin olunub.

Ş.Məmmədov yeni vəzifəsinin icrasına iyulun 1-dən başlayacaq.

Qeyd edək ki, bu təyinata qədər “PAŞA Bank Georgia”ya Anar İsmayılov rəhbərlik edib. İndi isə o, “PAŞA Bank”da yeni vəzifədə işini davam etdirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR