İranın Qətərdəki səfirliyinin keçmiş əməkdaşı 5 il azadlıqdan məhrum edilib

İranın Qətərdəki səfirliyinin keçmiş əməkdaşı 5 il azadlıqdan məhrum edilib
# 20 sentyabr 2013 10:13 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. İranın Qətərdəki səfirliyinin keçmiş əməkdaşı 5 il azadlıqdan məhrum edilib.

APA-nın məlumatına görə, Həmidrza Mühacirani 7 ay əvvəl İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən bu ilin fevralında həbs edilib. Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsi tərəfindən İslam Cəza Qanununun 508 maddəsinə uyğun olaraq onu ABŞ-a casusluqda günahlandırıb və barəsində azadlıqdan məhrumetmə qərarı çıxarılıb.

Qeyd edək ki, H.Mühacirani İranın Qətərdəki səfirliyinin mədəniyyət attaşeliyində ekspert işləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR