Azərbaycan “Dubai Airshow-2013” beynəlxalq aviasərgi və aviaşousunda iştirak edəcək

Azərbaycan “Dubai Airshow-2013” beynəlxalq aviasərgi və aviaşousunda iştirak edəcək
# 21 sentyabr 2013 08:59 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Noyabrın 17-dən 21-dək Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində “Dubai Airshow-2013” beynəlxalq aviasərgi və aviaşousu keçiriləcək. APA-nın sərginin təşkilat komitəsinə istinadən verdiyi məlumata görə, sərgiyə dünyanın 50 ölkəsindən 960 şirkət qatılacaq.

Azərbaycanı müdafiə sənayesi sektorunda fəaliyyət göstərən “Azairtechservise” şirkəti (1675 saylı stenddə) təmsil edəcək. Adıçəkilən şirkət bundan əvvəl 2011-ci ildə də eyni sərgidə təmsil olunaraq aviasiya sahəsində fəaliyyətlərini, istehsal etdiyi məhsulları təqdim edib.

Azərbaycanın müdafiə naziri Səfər Əbiyev, həmçinin mülki aviasiya qurumlarının rəhbərləri də sərgiyə dəvət olunublar.

Sərgidə müxtəlif növ mülki və hərbi təyyarələr, helikopterlər, pilotsuz və pilotlu uçuş aparatları, aviasiya silahları, simulyatorlar, müxtəlif aviasiya texnologiyaları nümayiş olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR