ABŞ: Yanukoviç ölkədə gərginliyin aradan qaldırılması üçün bütün imkanlardan istifadə etməlidir

ABŞ: Yanukoviç ölkədə gərginliyin aradan qaldırılması üçün bütün imkanlardan istifadə etməlidir
# 05 fevral 2014 04:31 (UTC +04:00)

Bakı-APA. ABŞ hesab edir ki, prezident Viktor Yanukoviç Ukraynada gərginliyin aradan qaldırılması üçün beynəlxalq maliyyə yardımının göstərilməsi təklifi də daxil olmaqla bütün imkanlardan istifadə etməlidir. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə vitse-prezident Cozef Baydenin Ukrayna prezident Viktor Yanukoviçlə növbəti telefon danışığının nəticələrinə dair Ağ Evin açıqlamasında deyilir.

“Vitse-prezident Cozef Bayden Ukrayna prezidenti Viktor Yanukoviçi ölkədə gərginliyin azaldılması və Ukrayna xalqının etimadının artırılması üçün beynəlxalq maliyyə yardımının göstərilməsi təklifi də daxil olmaqla bütün imkanlardan istifadə etməyə çağırıb. Buraya xüsusi təyinatlıların geri çəkilməsi, saxlanılan etirazçıların azadlığa buraxılması, jurnalistlərə və aksiya iştirakçılarına hücumlarda əlaqəsi olanların məsuliyyətə cəlb olunması kimi dərhal atılacaq addımlar daxildir”, deyə açıqlamada deyilir.

Söhbət zamanı Bayden qeyd edib ki, Ukraynada sülhə və sabitliyə aparacaq yeganə yol – dialoqun davam etdirilməsində və yeni hökumətin formalaşdırılması məqsədi ilə xalqın etimadını qazanacaq həqiqi kompromisin əldə olunmasındadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR