“Atrabank”ın kredit portfeli azalıb

“Atrabank”ın kredit portfeli azalıb
# 30 aprel 2014 12:43 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. “Atrabank” ASC-nin aktivlərinin həcmi 2014-cü ilin I rübündə 72,126 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 16,7% çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 6% azalaraq 41,237 mln. manat olub.

İstehlak kreditlərinin həcmi 14,164 mln. manat təşkil edib ki, bu da 2013-cü ilin aprel ayının 1-nə olan göstəriciyə nisbətən 17,6% azdır.

Bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi keçən ilin analoji dövrü ilə müqayisədə təxminən 62,3% azalaraq 2,759 mln. manat olub.

Bankın depozit portfeli hesabat dövrü ərzində 2,1% azalaraq 22,63 mln. manata, əhalinin əmanətlərinin həcmi isə 1,96 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 19,3% azdır.

Bir il ərzində bankın məcmu kapitalı 85,3% artaraq 21,391 mln. manata çatdığı halda, nizamnamə kapitalı 95,9% artaraq 20 mln. 424,8 min manat təşkil edib.

Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən təxminən 30,8% azalaraq 1,466 mln. manat, xərcləri isə 31,1% azalaraq 1,346 mln. manata çatıb.

Cari ilin ilk üç ayı ərzində bankın əldə etdiyi mənfəət 119,52 min manat təşkil edib.

Hazırda bankın ölkə üzrə 13 filialı, 10 bankomatı, 76 POS-terminalı fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR