Azərbaycanlı rəssam Cavad Mircavadovun əsəri internetdə hərraca çıxarılacaq

Azərbaycanlı rəssam Cavad Mircavadovun əsəri internetdə hərraca çıxarılacaq
# 23 noyabr 2013 16:13 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Məşhur “Sotbis” hərracının rəsmi internet səhifəsində azərbaycanlı rəssam Cavad Mircavadovun “Şərq miniatürləri improvizasiyası” silsiləsindən “Məkkəyə səyahət” adlı əsərinin hərraca çıxarılacağı haqda məlumat verilib. APA-nın xəbərinə görə, əsər Skandinaviya kolleksiyaçısının şəxsi kolleksiyasından seçilib. Hərrac noyabrın 25-də keçiriləcək. Əsərin qiyməti 80-112 min ABŞ dolları məbləğində müəyyən edilib.

Qeyd edək ki, Azərbaycan incəsənət tarixində müasir istiqamətin banisi kimi tanınan Cavad Mircavadov 1923-cü ildə Bakıda anadan olub. 1949-54-cü illərdə Sankt-Peterburqda yaşayıb, Dövlət Ermitajında fəhlə kimi çalışıb. Onun ilk rəngkarlıq əsəri 1967-ci ilə aid edilir. Cavad Mircavadovun yaradıcılığı formaca müasirliyə, məzmunca milli incəsənətin ənənələrinə əsaslanır. Rəssam 24 iyun 1992-ci il iyunun 24-də Kopenhagen-Moskva qatarında vəfat edib. Ötən il Mədəniyyət və Turizm Nazirliyi tərəfindən rəssamın 90 illik yubiley sərgisi Milli İncəsənət Muzeyində təşkil olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR