Azərbaycanın Ukraynadakı səfiri Sumı vilayət Dövlət Administrasiyasının sədri ilə görüşüb

Azərbaycanın Ukraynadakı səfiri Sumı vilayət Dövlət Administrasiyasının sədri ilə görüşüb
# 18 aprel 2014 09:29 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova - APA. Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli Ukraynanın Sumı vilayət Dövlət Administrasiyasının sədri Vladimir Şulqa ilə görüşüb. Görüş ölkəmizin Kiyevdəki səfirliyində baş tutub.

APA-ya Azərbaycanın Ukraynadakı səfirliyindən verilən məlumata görə, görüşdə Sumı vilayətinin Azərbaycan regionları ilə əməkdaşlıq perspektivləri müzakirə olunub, əməkdaşlığın hazırkı vəziyyətindən məmnunluq ifadə edilib.

Söhbət əsnasında ölkələrimiz arasında parlamentlərarası əməkdaşlığın perspektivləri də müzakirə edilib. Ukrayna Ali Radasının deputatı olan V. Şulqa Azərbaycan-Ukrayna parlamentlərarası dostluq qrupunun üzvü olduğu, qrupun işində fəal iştirak etdiyi barədə məlumat verib.

Görüşdə Sumı vilayət şurasının deputatı, tanınmış azərbaycanlı iş adamı və xeyriyyəçi Əfqan Salmanov da iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR