Masallıda minik avtomobili yanıb - VİDEO

Masallıda minik avtomobili yanıb - <span style="color: red;">VİDEO
# 03 mart 2014 06:48 (UTC +04:00)

Masallı. Ağəddin Babayev – APA. Masallıda yanğın hadisəsi qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin Masallı Rayon Yanğından Mühafizə Hissəsindən APA -nın cənub bürosuna verilən məlumata görə, hadisə Ələt-Astara magistralının 187-ci kilometrliyində - rayonun Musakücə kəndi ərazisində Sabirabad rayon sakini, 1956-cı il təvəllüdlü Fərzəli Məmmədəli oğlu Nəsirova məxsus 01 BX 644 dövlət nömrə nişanlı “Mitsubishi” markalı minik avtomobilində baş verib.

Yanğının söndürülməsindən ötrü hadisə yerinə 1 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Onların səyləri ilə yanğının yaxınlıqdakı avtomobillərə keçməsinin qarşısı alınıb. Yanğın nəticəsində xəsarət alan olmasa da, avtomobil tamamilə yanaraq yararsız vəziyyətə düşüb. İlkin versiya kimi yanğının avtomobilin mühərrikindəki elektrik naqillərinin qısaqapanması nəticəsində baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR