MDB XİN rəhbərlərinin müavinləri Minskdə Ukraynadakı vəziyyəti müzakirə edəcəklər

MDB XİN rəhbərlərinin müavinləri Minskdə Ukraynadakı vəziyyəti müzakirə edəcəklər
# 11 mart 2014 16:41 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva-APA. MDB ölkələrinin xarici işlər nazirlərinin müavinləri Minskdə Ukraynadakı vəziyyəti müzakirə edəcəklər.

APA-nın məlumatına görə, toplantı martın 14-də keçiriləcək.

Müvafiq qərarın bu gün Minskdə MDB ölkələrinin daimi nümayəndələri Şurasının iclasında qəbul edildiyi bildirilir.

Xəbərqdə qeyd olunur ki, Ukraynanın martın 12-də Kiyevdə MDB xarici işlər nazirləri Şurasının iclasının çağırılması təşəbbüsünə əksər ölkələrin razılıq verməməsi ilə əlaqədər görüşün martın 14-də Minskdə nazir müavinləri səviyyəsində keçirilməsi qərara alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR