Xalq şairi Nigar Rəfibəylinin 100 illik yubileyi münasibətilə tədbir keçiriləcək

Xalq şairi Nigar Rəfibəylinin 100 illik yubileyi münasibətilə tədbir keçiriləcək
# 10 oktyabr 2013 08:57 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Oktyabrın 21-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, xalq şairi Nigar Rəfibəylinin anadan olmasının 100 illik yubileyi münasibətilə tədbir keçiriləcək. Filarmoniyadan APA-ya verilən məlumata görə, tədbirdə Nigar Rəfibəylinin həyatı, yaradıcılıq yolu haqqında danışılacaq, şairənin Azərbaycan ədəbiyyatındakı xidmətlərindən söz açılacaq.

100 illik yubiley tədbirində aktyorların ifasında Nigar Rəfibəylinin şeirləri oxunacaq, sözlərinə bəstələnmiş musiqilər səsləndiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR