Səfir: “Azərbaycanla İsrail arasında unikal münasibətlər mövcuddur”

Səfir: “Azərbaycanla İsrail arasında unikal münasibətlər mövcuddur”
# 04 dekabr 2013 08:48 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında İsrailin Azərbaycandakı səfiri Rafael Harpas bildirib.

Səfir deyib ki, bu gün Bakıda keçirilən Azərbaycan-İsrail forumunun onlar üçün xüsusi əhəmiyyəti var: “İsrail şirkətləri Azərbaycanda gördüklərindən çox razı qalıblar. Onlar burda çox böyük potensial görürlər. Azərbaycan şirkətlərinin də İsraildə biznes qurmaq marağı artır”.

R. Harpas qeyd edib ki, Azərbaycanla İsrail çox yaxın gələcəkdə diplomatlar və xidməti şəxslər üçün viza sadələşdirilməsi barədə saziş imzalayacaq. Onun sözlərinə görə, iki ölkə arasında vergilər və standartlaşdırma sahələri ilə bağlı sazişlərin də imzalanması gözlənilir.

Səfir Azərbaycandan İsrailə, İsraildən isə Azərbaycana turist axınının artdığını vurğulayıb.

R. Harpas onu da deyib ki, gələn il İsraildən Azərbaycana bir neçə rəsmi səfər gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR