“Bakı Ağ Şəhər” ərazisindən 500 min kubmetrə qədər neftlə çirklənmiş torpaq daşınıb

“Bakı Ağ Şəhər” ərazisindən 500 min kubmetrə qədər neftlə çirklənmiş torpaq daşınıb
# 30 iyun 2014 09:48 (UTC +04:00)

Bakı. Əliyeva Aynur – APA-Economics. Dövlət Neft Şirkətinin (ARDNŞ) “Ekol Mühəndislik Xidmətləri” QSC “Bakı Ağ Şəhər” layihəsi ərazisindəki neftlə çirklənmiş torpaqların daşınması işini bu il də həyata keçirir.

QSC-dən “APA-Economics”ə verilən məlumata görə, işçi qüvvəsi və texnika cəlb etməklə ötən dövrdə layihə ərazisindən 500 min kubmetrə qədər neftlə çirklənmiş torpağın daşınması təmin edilib.

Qeyd edək ki, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu və “Azerneftyağ” neft emalı zavodundan da ildə 21 mln. kubmetrdən çox sənaye çirkab suları təmizlənir.

Hazırda layihənin icrası davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR