Qazaxıstanda baş vermiş ağır yol qəzasında 3 uşaq olmaqla 8 nəfər ölüb

Qazaxıstanda baş vermiş ağır yol qəzasında 3 uşaq olmaqla 8 nəfər ölüb
# 26 iyun 2013 04:58 (UTC +04:00)

APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, Cənubi Qazaxıstan vilayətində, Sarıaqaş-Jılqa magistral yolunun 30-cu km-də “Audi” markalı avtomobil və “Qazel” markalı yük avtomobili toqquşub. Qəza nəticəsində “Audi”nin sürücüsü və avtomobildə olan 7 sərnişin hadisə yerində keçinib. Ölənlər arasında 11, 8 və 5 yaşlarında olan uşaqlar da var.

“Qazel”in sürücüsü və bir sərnişini xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR