Azərbaycanda sənaye mal ehtiyatları indeksi artıb

Azərbaycanda sənaye mal ehtiyatları indeksi artıb
# 24 dekabr 2013 10:22 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda sənaye istehsalında mal ehtiyatları indeksi 2013-cü il dekabrın 1-nə müsbət 3,1% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu indeks noyabrın əvvəlində müsbət 1,1%-ə bərabər olub.

Mal ehtiyatları indeksi sənaye müəssisələrinin anbarlarında qalan hazır məhsul ehtiyatlarının ay ərzində dinamikasını əks etdirir. Göründüyü kimi, indeks hazırda müsbətdir və bu, anbarlarda mal ehtiyatlarının artmasını göstərir. Belə ki, 2013-cü il dekabrın 1-nə sənaye müəssisələrinin anbarlarında 270,5 mln. manat həcmində hazır məhsul ehtiyatı olub ki, bu da noyabrın 1-nə nisbətən 8,0 mln. manat və ya 3,1% çoxdur.

Noyabr ayında sənaye sahəsində məhsul istehsalının həcmi oktyabrla müqayisədə 2,743 mlrd. manatdan 2,454 mlrd. manatadək azalıb. Beləliklə, mal ehtiyatlarının artması istehsalın güclənməsi ilə deyil, istehlakın azalması ilə bağlı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR