Bakıda 43 yaşlı qadına qarşı dələduzluq edilib

 Bakıda 43 yaşlı qadına qarşı dələduzluq edilib
# 05 iyun 2014 13:23 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakı sakininə qarşı dələduzluq edilib. Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Bakı şəhər sakini, 1971-ci il təvəllüdlü Minayə Yaqub qızı Abdullayeva polisə ərizə ilə müraciət edərək bildirib ki, Bakı şəhər sakini, 1972-ci il təvəllüdlü Təranə Məhərrəm qızı Məhəmmədova yeni Günəşli qəsəbəsində bərbərxana obyekti satmaq adı ilə ondan 10.300 manat alaraq ona qarşı dələduzluq edib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR