Nazir: “Təhsildə biliyin qiymətləndirilməsi ilə bağlı kifayət qədər səthi yanaşmalar var”

Nazir: “Təhsildə biliyin qiymətləndirilməsi ilə bağlı kifayət qədər səthi yanaşmalar var”
# 17 sentyabr 2013 10:01 (UTC +04:00)

APA-nın xəbərinə görə, nazir jurnalistlərə açıqlamasında qeyd edib ki, şagirdlərin və tələbələrin biliyinin qiymətləndirilməsi çox mühüm mövzudur: “Amma təəssüflər olsun ki, bu gün mövcud mövzunun şərhində kifayət qədər səthi yanaşmalar var. Ona görə də bu mövzunun düzgün şəkildə çatdırılması üçün daha ətraflı müzakirələrimiz olmalıdır. Bundan sonra mövzunu düzgün qavrayıb işıqlandırmaq və təhlil etmək üçün zəmin yaradılmalıdır. Ümumilikdə, qiymətləndirmə sisteminin təkmilləşdirilməsi və monitorinqinə zərurət var və bu mövcuddur. Amma müzakirələrin bir çox hissəsində səthi yanaşma olduğuna görə bu sualı çox ehtiyatla cavablandırıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR