Bakıda sərxoş sürücü qəza törədib, 2 nəfər ağır xəsarətlər alıb - FOTOSESSİYA - VİDEO

Bakıda sərxoş sürücü qəza törədib, 2 nəfər ağır xəsarətlər alıb - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 28 may 2014 03:09 (UTC +04:00)

APA-nın məlumatına görə, hadisə Nobel prospektində qeydə alınıb. Sürətlə hərəkət edən "Mercedes" markalı avtomobil idarəetmənin itirilməsi nəticəsində əvvəlcə beton arakəsməyə, sonra işıq dirəyinə çırpılıb, daha sonra isə yolun ortasında aşıb. Qəza nəticəsində avtomobildə olan iki nəfər - Əbdürrəhmanov Kənan Cabir oğlu və Rzayev Fəxri Firudin oğlu ağır bədən xəsarətləri alıblar. Yaralılar təcili tibbi yardım briqadası tərəfindən 3 saylı kliniki xəstəxanaya çatdırılıblar.

İlkin məlumata görə, qəzaya uğrayan "Mercedes" başqa bir "Mercedes"lə yarışırmış. Sürət yüksək, sürücü isə sərxoş olduğundan idarətməni itirib və qəza baş verib. Digər "Mercedes"in sürücüsü isə ərazidən uzaqlaşıb.

Xətai Rayon Polis İdarəsində faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR