Türkiyə Aralıq dənizindəki yataqların işlənməsi üçün hamıyla əməkdaşlığa hazırdır

Türkiyə Aralıq dənizindəki yataqların işlənməsi üçün hamıyla əməkdaşlığa hazırdır
# 11 may 2013 03:55 (UTC +04:00)

Bakı-APA. Türkiyə Aralıq dənizindəki yataqların işlənməsi üçün bütün ölkələrlə əməkdaşlığa hazırdır. APA-nın TRT Haber-ə istinadən verdiyi məlumata görə, b elə bir bəyanatla prezident Abdulla Gül çıxış edib.

«Türkiyə Aralıq dənizindəki qazın hasilatı, həmçinin qaz kəmərinin tikintisi və ya maye qazın nəqli üçün əməkdaşlığa hazırdır», deyə A.Gül bildirib. Onun sözlərinə görə, Aralıq dənizində energetika sahəsində əməkdaşlıq üçün Türkiyə, İsrail, Livan, Misir və Kipr kimi ölkələr arasında əlaqəli danışıqların keçirilməsi vacibdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR