ATƏT PA-nın Azərbaycanda keçiriləcək prezident seçkilərini izləyəcək müşahidə missiyasının rəhbəri və tərkibi məlum olub

ATƏT PA-nın Azərbaycanda keçiriləcək prezident seçkilərini izləyəcək müşahidə missiyasının rəhbəri və tərkibi məlum olub
# 26 sentyabr 2013 11:06 (UTC +04:00)

APA-nın məlumatına görə, Milli Məclis sədrinin müavini, ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova bildirib ki, təşkilatın Siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədri, Yunanıstan nümayəndə heyətinin rəhbəri Makis Voridisə isə müşahidə missiyası rəhbərinin müavini vəzifəsi həvalə edilib.

Müşahidə missiyasına ATƏT PA-nın 25 nümayəndəsi daxildir. Onlardan 16 nəfəri 14 ölkəni təmsil edən deputatlardır.

Xatırladaq ki, Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə məqsədilə ATƏT PA-dakı Fransa nümayəndə heyətinin üzvü Mişel Vuazən də Xüsusi əlaqələndirici vəzifəsinə təyin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR